Rusiya nəqliyyat kommunikasiyalarının hərtərəfli açılmasından bütün regionun faydalanacağına inanır və bu istiqamətdə tərəfdaşlarına yardım etməyə hazırdır.
Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
“Burada söhbət ümid və ya onun olmaması deyil, həm Bakıya, həm də İrəvana uyğun gələn qarşılıqlı məqbul nəticəyə nail olmaq, qarşılıqlı məqbul həll yolu tapmaqdır”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində bu istiqamətdə fəal iş aparılıb.
Bundan əvvəl Rusiya baş nazirinin müavini Aleksey Overçuk bəyan etmişdi ki, təxminən il yarımdır ki, Cənubi Qafqazda iqtisadi və nəqliyyat dəhlizlərinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində heç bir irəliləyiş yoxdur.
Xatırladaq ki, Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan, Aleksey Overçuk və Şahin Mustafayevin həmsədrliyi ilə regionda kommunikasiyaların sçılmsdı üzrə üçtərəfli işçi qrupunun sonuncu iclası 2 iyun 2023-cü il tarixində baş tutub.