Select your language

Select your language

Gündəm

Əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi üçün Mingəçevir şəhərinin mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya şəbəkəsi "Dövlət Proqramı"na uyğun olaraq yenidən qurulur.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

İşlər Xidmətin Mingəçevir şəhər Sukanal İdarəsi tərəfindən həyata keçirilir. Tikinti-bərpa işləri şəhərin müxtəlif ərazilərində idarənin texnikaları və işçi qüvvəsi vasitəsilə aparılır. İdarənin istismarında 3 su nasos stansiyası fəaliyyət göstərir ki, həmin nasos stansiyaların da sazlığı daim nəzarətdə saxlanılır.

Şəhərdə kanalizasiya şəbəkəsi layihəsi də planauyğun davam etdirilir. Hazırda şəhərin 5 nöqtəsində - tərəvəzçilik sovxozunda, AzQres qəsəbəsində, Nərimanov prospektində, Mehman Bəşirov küçəsində işlər davam etdirilir. Demək olar ki, kanalizasiya xətləri layihəsinin 84%- tamamlanıb.

Hazırda yenidən qurulan şəbəkənin yekunlaşan hissəsinə içməli suyun verilməsinə başlanıb və sayğaclaşma işləri sürətlə aparılır. Şəbəkəyə qoşulan yeni abonentlərin su sayğacları Nəzarət Ölçü Cihazları İdarəsi tərəfindən təmin olunur. Uzun müddət su problemi yaşayan əhali, hazırda fasiləsiz ekoloji təmiz sudan istifadə edir.

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Mingəçevir şəhərində məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir sutəmizləyici qurğu və tutumu 10 min kubmetr olan mərkəzi su anbarı tikilərək istismara verilib. Su anbarından ayrılan su bir neçə mərhələdən keçdikdən sonra şəhərin su təchizatı şəbəkəsinə verilir.

Mingəçevir şəhər Sukanal İdarəsi 33 min abonentə xidmət edir. Şəhərin su təchizatını təmin etmək üçün xam su Mingəçevir su anbarından təmizləyici qurğulara ötürülür. Filterlərdə sutkalıq 55 min kubmetr suyun xlorlanma işləri aparılıb təmizləndikdən sonra 10 min kubmetrlik Mingəçevir mərkəzi su anbarına ötürülür. Oradan özaxımı ilə əhalinin istifadəsinə verilir.

Mingəçevir şəhər Sukanal İdarəsi Mingəçevir şəhəri ilə bərabər Yevlax rayonunun Havarlı, Hacıselli və Marzılı kəndlərinə də xidmət edir.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il