Select your language

Select your language

Gündəm

Türkiyənin Milli Təhsil Nazirliyi yeni təhsil proqramında ciddi dəyişiklik edib. Nazirlik yeni tədris ilində tarix proqramında dəyişiklik edilməsinə qərar verib.

Türkiyə Əsri Təhsil Modeli çərçivəsində edilən dəyişikliyə görə, tarix dərsliklərində artıq Mərkəzi Asiya regionu "Türküstan" adlandırılacaq. Qeyd edək ki, Türkiyədə sözügedən region "Orta Asiya" adlandırılır.

Qəbul edilən qərarı şərh edən professor Əhməd Tasagil deyir ki, Türküstan əvəzinə Orta Asiya anlayışının istifadə olunması rusların işğalı nəticəsində baş verib.

“Türklərin yurdu mənasını verən Türküstan sözü tarixin ən qədim dövrlərindən işlənməyə başlayıb. 19-cu əsrin ikinci yarısında başa çatan rus istilası nəticəsində Orta Asiya (Sredney Azii) anlayışı Türküstan adını əvəzlənərək geniş vüsət alıb. Türküstan İranın Xorasan bölgəsindən başlayaraq, Şimali Əfqanıstan da daxil olmaqla Pamir və Hindukuş-Kunlun dağlarının şimal ətəklərindən Çinin Tun-huanq bölgəsinə qədər uzanan, oradan Mancuriyanın qərbinə, o cümlədən Monqolustan da daxil olmaqla bütün Cənubi Sibirə və Ural dağları və Volqa çayının Xəzər dənizinə çatdığı qərbə doğru davam edən geniş ərazini əhatə edir. Tarixi mənbələrdə bu ərazinin adı XIX əsrin ortalarına qədər Türküstan olub", - o, TRT-yə açıqlamasında qeyd edir.

Dosesnt Ramin Sadık Türküstan anlayışına sahib çıxılmasının vacib olduğunu bildirib. "Türküstan anlayışına sahib çıxmağımız və Milli Təhsil Nazirliyinin onu kitablara daxil etməsi çox düzgün qərardır. Türkiyə Türküstan deməkdir, türklərin sıx yaşadığı bölgə deməkdir. Orta Asiyada daha çox hansı millət yaşayır: türklər? Başqalarının bu ərazi necə adlandırdığı bizi maraqlandırmır. Biz öz tariximizi, mədəniyyətimizi, keçmişimizi qorumalıyıq".

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il