Yaxın zamanda Laçın şəhərində elektrik tramvay xəttinin çəkilməsi planlaşdırılır.
"Report"un xəbərinə görə, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorun vəzifələrini icra edən Tofiq İslamov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.
O bildirib ki, tezliklə Laçın şəhərinin Heydər Əliyev küçəsində hotel, qalereya, iaşə obyektləri, konsert zalı, teatr və yaradıcılıq mərkəzlərinin layihələndirilərək tikilib başa çatdırılması nəzərdə tutulub.
T. İslamov qeyd edib ki, Heydər Əliyev küçəsi turistik zonası olaraq nəzərdə tutulduğu üçün həmin ərazidən kanat xətti şəhər üzərindən Həkəri çayı kənarı bulvara qədər çəkiləcək.