Select your language

Select your language

Gündəm

Son 3 il ərzində Aqrar Sığorta Fondu tərəfindən edilən sığorta ödənişləri təxminən 10,8 milyon manatı keçib.

Bu sözləri Aqrar Siğorta Fondunun İdarə Heyətinin sədr müavini Ləman Alıyeva-Məmişova bugünkü brifinqdə çıxışı zamanı bildirib.

O bildirib ki, edilən siğorta ödənişləri həm bitkiçilik, həm də heyvandarlıq siğortasını əhatə edib.

“Sığorta ödənişləri 2022-ci ildə 2,4 milyon manat, 2023-cü ildə 4,4 milyon manat, 2024-cü ilin bu gününə olan məlumata əsasən isə 4 milyon manata yaxın təşkil edib. Sığorta ödənişləri 1000-ə yaxın fermerə edilib. Ötən illə müqayisədə bu il fonda olan müraciətlərin sayında 42 faiz artım müşahidə olunur”, - deyə o qeyd edib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il