Select your language

Select your language

Gündəm

Belçika Azərbaycan Minatəmizləmə Agentliyinin fəaliyyətini yüksək qiymətləndirir.

Bunu Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon Bakıda piyada əleyhinə minaların qurbanlarına həsr olunmuş "dəyirmi masa"da deyib.

"Belçika piyada əleyhinə minalarla mübarizə üzrə beynəlxalq səylərin pioneridir. Biz bütün ölkələri bu problemin həlli üçün əsas beynəlxalq alətlərdən biri olan Ottava Konvensiyasına qoşulmağa çağırırıq. Belçikada zərər çəkmiş bölgələrdə hələ də Birinci Dünya Müharibəsi dövründən qalan partlamamış hərbi sursatlar tapılır. Bu, qısamüddətli bir problem deyil, onilliklər boyu bizimlə qalır", - o bildirib.

Səfir qeyd edib ki, Belçika piyada əleyhinə minalarla mübarizədə Azərbaycan Minatəmizləmə Agentliyini dəstəkləyir və bu problemə qarşı mübarizədə Azərbaycanda çalışan Belçikanın APOPO təşkilatının səyləri ilə fəxr edir.

"Sonda demək istəyirəm ki, Avropa İttifaqı bu problemin həlli üçün maliyyə yardımı və texniki dəstək göstərmək öhdəliyini götürüb. Buna görə də mən yenidən Belçikanın bu məsələdə tam dəstəyini ifadə edirəm", - Julyen de Frepon əlavə edib.

Qeyd edək ki, "Minalara Qarşı Azərbaycan Kampaniyası" İctimai Birliyinin təşkilatçılığı ilə "dəyirmi masa" keçirilir. Tədbirdə mina əleyhinə fəaliyyət göstərən və mina qurbanlarına kömək edən qurumların nümayəndələri, o cümlədən, Minatəmizləmə Agentliyinin nümayəndələri, Milli Məclisin üzvləri çıxış edirlər. Tədbirdə əmək və Sosial Müdafiə Nazirliyinin, "YAŞAT" Fondunun, Ombudsman Aparatının nümayəndələri, minalardan zərər çəkmiş şəxslər, QHT nümayəndələri də iştirak edirlər.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il