Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov və onun döyüş yoldaşlarına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi hədiyyəsi olaraq, onun adı və soyadının baş hərflərinin əks edildiyi qalstuklar hədiyə edilib.
Türkiyənin Afyonkarahisar şəhərində İbad Hüseynovun adının verildiyi prospektin açılış mərasimində Türkiyə Prezidentin baş müşaviri Yalçın Topçu tərəfindən təqdim edilən hədiyyəyə layiq görülənlər arasında QHT nümayəndələri də var.
Qeyd edək ki, Türkiyə Prezidenti adından xüsusi olaraq Azərbaycanın qazi və QHT nümayəndələrinə ilk dəfə belə hədiyyə verilir.
AZƏRTAC