Təminat yollarının daim işlək vəziyyətdə saxlanılması vacibdir.
Bunu Müdafiə naziri Zakir Həsənov oktyabrın 12-də keçirilən xidməti müşavirə zamanı deyib.
O bildirib ki, hərbi hissələrdə qoşun xidmətinin effektiv təşkili, digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə ərazilərimizin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, kəskin relyef və sərt iqlim şəraitində yerləşən mövqelərin mühəndis-istehkam cəhətdən yaxşılaşdırılması, təminat yollarının daim işlək vəziyyətdə saxlanılması önəmlidir.