İndiyə qədər Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın, Kəlbəcər, Tərtər, Xocalı, Xocavənd rayonları, Şuşa və Xankəndi şəhərləri üzrə ümumilikdə 1 200 500 hektar ərazidə yerquruluşu tədqiqatı, 813 440 hektar ərazidə torpaq tədqiqatı, 523 567 hektar ərazidə isə geobotaniki tədqiqat aparılıb.
Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin baş mühəndisi Çingiz Tanrıverdiyev ekoloji məsələlər üzrə işçi qrupun iclasında bildirib.
Onun sözlərinə görə, bunun müvafiq olaraq 426 712 hektarı, 245 343 hektarı və 134 235 hektarı 2024-cü ilin payına düşüb.