İsrail səfirliyi Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Təbrik diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki hesabında yerləşdirilib.
“Xalqın öz müstəqilliyini bərpa etdiyi bu tarixi gündə, 18 Oktyabrda, azərbaycanlıların mətanət və azadlıq ruhunu uca tuturuq”, - paylaşımda qeyd edilib.