Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Yaponiyaya işgüzar səfəri zamanı iki ölkə arasında qarşılıqlı münasibətlərin vəziyyəti və inkişaf perspektivləri, Bakı ilə İrəvan arasında sülh prosesi və qarşıdan gələn COP29 konfransı müzakirə edilib.
Bu barədə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə “X” sosial şəbəkəsində yazıb.
Azərbaycan Prezidentinin nümayəndəsi Yaponiyanın yüksək vəzifəli rəsmiləri, o cümlədən milli təhlükəsizlik müşaviri Takeo Akiba, xarici işlər üzrə dövlət naziri Kiyoto Tsuci və parlamentin Müşavirlər Palatasının Xarici İşlər və Müdafiə Komitəsinin rəhbəri Kimi Onoda ilə görüşlər keçirib.