Bu yaxınlarda Qarabağ Dirçəliş Fondu tərəfindən Füzuli Mərkəzi Parkında tikinti işlərinə başlanılacaq. Eyni zamanda, Mədəniyyət Nazirliyi tərəfindən Füzuli Memorial Parkı, İşğal və Zəfər muzeyləri üçün dövlət satınalma prosedurlarına start veriləcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Füzuli Şəhəri Günündə iştirak edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Füzuli rayonunda aparılan tikinti-quruculuq işlərindən danışan E.Hüseynov, həmçinin bildirib ki, paralel olaraq, Dövlətyarılı kəndinin, yəni ikinci “ağıllı kənd”in də inşasına start veriləcək. Pirəhmədli kəndində isə torpaq işləri artıq yekunlaşıb.