Select your language

Select your language

Gündəm

Qadınların su resurslarının idarə edilməsinə cəlb olunması bu sahədə problemlərin həlli istiqamətində nəticələrə müsbət təsir edə bilər.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ADA Universitetində "Su və gender bərabərliyi" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, dünya ölkələrində olduğu kimi, Azərbaycanda da təmiz su ilə bağlı problemlər var: "COP29 çərçivəsində qəbul olunan qərarlar bütün dünyada suya çıxışın olmasını əlçatan edəcək. Qadınların su resurslarına cəlb olunması, burada qərarların qəbuluna təsiri müsbət rol oynaya bilər. Bunun üçün onlar mütəxəssis hazırlığına cəlb olunmalıdır. Bunun üçün xüsusi proqramlar, layihələr işlənməlidir"

Dövlət Komitəsinin sədri vurğulayıb ki, su ehtiyaclarının öyrənilməsi, buna dair elmi tədqiqatların aparılması və paralel olaraq gender bərabərliyini bu sahədə qorunması qarşıya qoyulan məqsədlərdən biridir.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il