Cari ilin doqquz ayı ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişlərinin maliyyələşdirilməsi ilə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə illik nəzərdə tutulmuş 4 milyard 855,8 milyon manat vəsaitin 64,6 faizi və ya 3 milyard 137,6 milyon manatı sifarişçi təşkilatlar tərəfindən, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin isə 61,4 faizi və ya 1 milyard 728,9 milyon manatı istifadə olunub.
Maliyyə Nazirliyindən bildirilib ki, yanvar-sentyabr aylarında funksional təsnifata uyğun olaraq səhiyyə xərcləri 113,8 faiz icra edilməklə 1 milyard 405 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 104,3 faiz icra edilməklə 3 milyard 83,4 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 101,5 faiz icra edilməklə 4 milyard 509,9 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 108,5 faiz icra edilməklə 3 milyard 361,1 milyon manat, təhsil xərcləri 97,6 faiz icra edilməklə 2 milyard 931,9 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 97,5 faiz icra edilməklə 1 milyard 941,9 milyon manat, iqtisadi fəaliyyət xərcləri 97,3 faiz icra edilməklə 5 milyard 592,3 milyon manat, kənd təsərrüfatı xərcləri 87,9 faiz icra edilməklə 665,2 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 86,6 faiz icra edilməklə 215,5 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 83,3 faiz icra edilməklə 316,5 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 73 faiz icra edilməklə 177 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 94,8 faiz icra edilməklə 974,6 milyon manat təşkil edib.