Azərbaycan noyabrın 5-7-də Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək “Dünya Səyahət Bazarı-2024” (WTM 2024) sərgisində iştirak edəcək.
Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.
Məlumata görə, sərgi "ExCeL” sərgi və beynəlxalq konqres mərkəzində olacaq. Burada turizmlə bağlı geniş çeşiddə məhsul və xidmətlər nümayiş etdiriləcək. Sərgi müxtəlif ölkələrdən aviaşirkətləri, hotelləri, tur operatorlarını, attraksionları, texnologiya təminatçılarını və digər şirkətləri bir araya gətirəcək.