Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun sədri Nurlan Həsənovla görüşüb.
Bu barədə diplomat "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Səfir Nurlan Həsənovu yenidən sədr seçilməsi münasibətilə təbrik edib.
“Biz Almaniya ilə dostluğunuzu və əlaqələrin dərinləşdirilməsinə sədaqətinizi yüksək qiymətləndiririk. Növbəti illərdə sizinlə işləməyi səbirsizliklə gözləyirik”, - paylaşımda qeyd edilib.