Bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
Report xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, toplantının əsas mövzularından biri Yaxın Şərqdəki durum olacaq.
Müharibənin Livan ərazisinə keçməsi və İranın İsrailə raket zərbələri, həmçinin Türkiyənin mövqeyi iclasda geniş müzakirə olunacaq.
Bundan başqa, toplantıda digər regional məsələlər barədə də fikir mübadiləsi aparılacaq.