Türkiyənin Livandan mülki şəxsləri təxliyəsi başa çatıb.
Bu barədə “Habertürk” məlumat yayıb.
Bildirilib ki, Türkiyənin Milli Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin birgə koordinasiyası ilə baş tutan təxliyənin birinci mərhələsi yekunlaşıb.
Mülki şəxsləri daşıyan gəmi artıq Mersindədir.
Xarici İşlər Nazirliyinin məlumatına görə, ümumilikdə 1 900 nəfər təxliyə üçün müraciət edib.