Türkiyənin Adıyaman əyalətində keçirilən antiterror əməliyyatı nəticəsində PKK ilə əlaqədə şübhəli bilinən üç nəfər saxlanılıb.
Bu barədə Adıyaman əyaləti Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi məlumat yayıb.
Bildirilib ki, həmin şəxslər sözügedən qurumla Baş Prokurorluğun keçirdiyi birgə əməliiyyat nəticəsində aşkar olunub. Məlumata görə, bu istiqamətdə fəaliyyət davam etdirilir.
İnformasiyaya əsasən, şübhəlilərin yaşadıqları ünvanlardan digital materiallar ələ keçirilib, iş üzrə istintaq aparılır.