Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçiriləcək BRICS sammitində iştirakını təsdiqləyib.
Report TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Sergey Ryabkov məlumat verib.
“Prezident Ərdoğan BRICS-in 16-cı zirvə toplantısının “autriç”/BRİCS plus formatında keçiriləcək sessiyasında iştirakını təsdiqləyib”, - o, sammitə hazırlıqla bağlı keçirilən mətbuat konfransında bildirib.