Select your language

Select your language

Türk dünyası

3 “exitpoll”un nəticələrinə əsasən oktyabrın 6-da Qazaxıstanda keçirilən ümummilli referendumda ölkə vətəndaşlarının 70 faizə qədəri Atom Elektrik Stansiyasının (AES) tikintisi layihəsinin lehinə, 30 faizi isə əleyhinə səs verib.

Report xəbər verir ki, Qazaxıstan Mərkəzi Komissiyası tezliklə səsvermənin nəticələrini açıqlayacaq.

Qeyd edək ki, AES-in tikintisi ölkə vətəndaşları üçün çox ağrılı məsələdır. Səbəb də Semipalatinsk poliqonu ilə bağlı acı təcrübədir.

Ölkə Prezidenti Kasım-Jomart Tokayevin sözlərinə görə, referendumun nəticələrinin müsbət olacağı təqdirdə hökumət AES-i kimin inşa edəcəyi ilə bağlı təhlil və danışıqlar aparmalıdır. Onun fikrincə, bu, beynəlxalq konsorsium olmalıdır.

Xatırladaq ki, Qazaxıstanda atom elektrik stansiyasının tikintisi layihəsi üçün müraciət edənlərin qısa siyahısına Çin, Cənubi Koreya, Fransa və Rusiya şirkətləri daxildir.

Qazaxıstanın energetika üzrə tanınmış eksperti Aset Naurızbayev "Report"a müsahibəsində beynəlxalq konsorsiumun yaradılması ideyasını şərh edərkən bildirib ki, bu, çox güman ki, “Rosatom”un da iştirak edəcəyi konsorsium olacaq. “Rosatom” AES-i reaktorla təmin edəcək, turbin və digər avadanlıqlar isə Çindən gətiriləcək. "Avropa şirkətləri çətin ki,bu konsorsiuma daxil olsun", - o hesab edir.

Daha bir qazaxıstanlı ekspert Rəşid Jaksılıkov isə "Report"a müsahibəsində qeyd edib ki, AES-in tikintisi üzrə beynəlxalq konsorsiumun yaradılması variantı özündə bir neçə riski ehtiva edir.

“Beynəlxalq konsorsium yaradılarsa, fövqəladə vəziyyətdə məsuliyyətlə bağlı Qazaxıstanın tələb irəli sürəcəyi kimsə olmayacaq. AES-in tikintisi xüsusi təhlükə və məsuliyyət daşıyan layihədir. Qərb şirkətlərinin belə bir addım atacağına və beynəlxalq konsorsiumda iştirak edəcəyinə əmin deyiləm”, - R.Jaksılykov bildirib.

Qazaxstanlı ekspert Talqat Kaliyev “Report”a müsahibəsində tamamilə zidd fikir səsləndirib. O, Qazaxıstanda mühüm və böyük layihələr üzrə beynəlxalq konsorsiumların yaradılması ideyasının yeni olmadığını və artıq uğurlu təcrübəyə malik olduğunu bildirib.

O, nəhəng “Kaşağan” neft və qaz yatağının işlənməsini həyata keçirən North Caspian Operating Company (NCOC) və ya Qazaxıstandan Rusiya ərazisi ilə Qara dəniz limanına qədər ən uzun boru kəməri layihəsini həyata keçirən Xəzər Boru Kəməri Konsorsiumu (CPC) kimi beynəlxalq konsorsiumları nümunə gətirib.

Qeyd edək ki, oktyabrın 6-da Qazaxıstanda AES-in tikintisi ilə bağlı referendum keçirilib. Seçici fəallığı 67,3 faiz təşkil edib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il