Beynəlxalq təşkilatlar 27 oktyabr 2024-cü ildə Özbəkistan Ali Məclisinə və yerli şuralara keçiriləcək seçkiləri izləyir. Onların nümayəndələri seçki hazırlıqları ilə tanış olurlar.
Croosmedia.az Özbəkistanın UzA agentliyinə istinadən xəbər verir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun uzunmüddətli müşahidəçiləri Əndincan bölgəsini ziyarət ediblər.
Müşahidəçilərdən İris O'Rourke və Vincent Godbillon Əndincan Regional Seçki Komissiyasında olublar.
Xarici müşahidəçilər Əndincan Regional Seçki Komissiyasının sədri Bəxtiyar Rasulov ilə görüşüb, seçkilərə hazırlıq, onun spesifikası, yerli seçki komissiyalarının fəaliyyəti, seçki məntəqələrinin məsul şəxsləri üçün keçirilən seminarlar və təlimlər haqqında müzakirələr aparıblar.
Özbəkistanda, xüsusilə də Əndican vilayətində xarici müşahidəçilərin fəaliyyəti davam edir.
Nəzrin Salmanova