Select your language

Select your language

Türk dünyası

Mərkəzi Asiyada ilk plazma mərkəzi Daşkənd şəhərində açılıb. Mərkəz plazmanın dərman kimi tədarükü və müvafiq məhsulların istehsalı məqsədilə Avropa İttifaqı standartlarına uyğun olaraq qurulub, Özbəkistanın donor plazması ehtiyaclarını qarşılamağı hədəfləyir.
Crossmedia.az Özbəkistanın UzA agentliyinə istinadən xəbər verir ki, Feruza Plazma Mərkəzində yüksək istehsalat təcrübəsi tətbiq edilib, Böyük Britaniya və İtaliyadan yüksək texnologiyalı avadanlıq və istehlak materialları alınıb.  Rəhbər işçilər Çex Respublikasında təhsil alıb və yüksək  istehsalat təcrübəsi  standartları üzrə mütəxəssislər isə  Macarıstandan dəvət edilib.
Mərkəz tibbi fəaliyyət üçün lisenziya, yüksək istehsalat təcrübəsi  sertifikatı və albumin, immunoglobulinlər kimi qan komponentlərinin donorluğu  üçün müvafiq icazələri əldə edib.
Bu ilin sonuna qədər Daşkənddə  3 əlavə plazma toplama mərkəzinin və Özbəkistanda bütün  region üzrə 20-dən çox mərkəzin açılması planlaşdırılır. 
Nəzrin Salmanova

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il