İtaliyanın Venesiya şəhərində Dəniz Gücü üzrə XIV Transregional Simpozium keçirilib.
Crossmedia.az xəbər verir ki, Simpoziumun əsas məqsədi ölkələri sualtı mühitin qorunması və təhlükəsizliyini təmin etmək öhdəliyinə həvəsləndirməkdir.
Tədbirdə İtaliya Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Enriko Credendinonun dəvəti ilə Azərbaycanın İtaliyadakı hərbi attaşeliyinin nümayəndəsi də iştirak edib.
Tədbirin açılış mərasimində çıxış edən İtaliyanın müdafiə naziri Qido Krosetto qonaqları salamlayıb.
Transregional Dəniz Gücü Simpoziumunda yüzə yaxın ölkədən dəniz qüvvələri komandirləri, həmçinin dörd yüzə qədər dəniz təşkilatının nümayəndələri iştirak edirdi.
Gültac Mehdizadə