Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində Ermənistanın ikinci prezidenti Robert Köçəryanın və digərlərinin işi üzrə dinləmələr keçirilir. Prosesə hakim Sarkis Petrosyan sədrlik edir
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Xatırladaq ki, Sarkis Petrosyan hakim “Mülki müqavilə” partiyasının üzvü və deputatlığa namizəd olub.
Eks-prezident Robert Köçəryanla yanaşı, keçmiş müdafiə naziri Seyran Ohanyan, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyan da ittiham olunurlar.
Dinləmələr qarşılıqlı iddialarla başlayıb. Köçəryanın vəkili Aram Orbelyan bildirib ki, müvəkkilinə ittiham irəli sürülə bilməz, çünki Konstitusiya Məhkəməsi qərar qəbul etdiyi andan ittihamların ilkin irəli sürüldüyü maddə Konstitusiyaya uyğun gəlmir və qüvvəsini itirib. Hakim Petrosyan o zaman niyə burada olduqlarını soruşub. Daha sonra hakim bildirib ki, Kassasiya Məhkəməsinə sorğu göndərilib və bütün suallara cavab veriləcək. Üstəlik, müttəhim termininin özü müzakirələrə səbəb olub.
İkinci prezident Robert Köçəryan vurğulayıb ki, məhkəməyə gəlməklə xoşməramlılıq nümayiş etdirib, lakin o, ümumiyyətlə, gələ bilməzdi və ya gəlib müttəhimlər üçün ayrılmış yerdə deyil, məhkəmə zalında otura bilərdi.
“Cinayət təqibi kobud pozuntularla, bilavasitə qanun pozuntusu ilə başlayıb”, - deyə Köçəryan qeyd edib və bundan sonra zala keçib.
Təqsirləndirilən şəxslərin müdafiəçiləri məhkəməyə baş verənlərin absurdluğunu - Konstitusiya Məhkəməsinin Konstitusiyaya zidd olaraq tanıdığı maddə ilə cinayət təqibinin bərpasını xatırladıb. Məhkəmə Vəkillər Palatasının üzvü, Robert Köçəryanın keçmiş müdafiəçisi Aram Vardevanyanın izahat vermək cəhdini rədd edib.
Qeyd edək ki, ilk iki instansiya təqsirləndirilən şəxslərə qarşı cinayət təqibinə xitam verib, Kassasiya Məhkəməsi isə Cinayət Məcəlləsinin müddəalarının düzgün və yüngül şərh edildiyini əsas gətirərək işi yenidən baxılması üçün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərib. Bildirlib ki, işlər bağlı çox sayda zərərçəkənin olması səbəbiylə günahkarlar cəzalandırılmalıdır.
Terminologiyaya gəlincə, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin iclasında çıxış edən prokuror cinayət təqibinə xitam verilmədiyini və bu səbəbdən statusun hələ də “təqsirləndirilən” olduğunu xatırladıb. Bundan sonra prokuror çıxış edərək, ondan imtina barədə vəsatəti dinləmək lazım olduğunu, sonra isə ittihamın mahiyyətini təqdim edəcəklərini bildirib.