ABŞ və bir sıra ərəb ölkələri İranla müharibənin bütün cəbhələrində hərtərəfli atəşkəs əldə etmək məqsədilə gizli danışıqlara başlayıblar.
Axar.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” televizyası bu ölkənin yüksək rütbəli rəsmilərinə istinadən məlumat yayıb.
Mənbə hazırda İsrailin bu danışıqlarda iştirak etmədiyini iddia etsə də, bu atəşkəs səyləri barədə yüksək səviyyəli İsrail rəsmilərinə məlumat verildiyini bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanına səfər edən İranın XİN başçısı Abbas Arakçı oradan Qətərə yola düşüb. O, gərginliyin azadılması üçün İranın ABŞ-la danışıqlar aparması ehtimalı barədə jurnalistlərin sualına bu cür cavab verib:
“ABŞ-la müzakirə kanalları açıqdır, ancaq HƏMAS və Hizbullah üçün lazım olan hər şeyi edəcəyik”.