Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı müharibəni qazanmaq üçün hazırladığı planı ölkə Parlamentinə təqdim etməyə hazırlaşır.
Crossmedia.az AP-yə istinad edərək bildirir ki, plan hərbi, siyasi, diplomatik və iqtisadi elementləri əhatə edir və çoxları tərəfindən Ukraynanın Rusiya ilə gələcək atəşkəs danışıqlarını gücləndirmək üçün son çarə kimi qəbul edilir. Lakin indiyə qədər heç bir ölkə bu planı açıq şəkildə dəstəkləməyib və ya onun həyata keçirilməsinin mümkünlüyü haqqında şərh verməyib.
Həmçinin Zelenski bildirib ki,“qələbə planı”nı gələn il yeni ABŞ prezidentinin and içməsindən əvvəl həyata keçirməkdə israrlıdır. Buna baxmayaraq, Ukrayna rəsmiləri bildirir ki, prezidentlik üçün namizədlərin heç biri müharibədə Kiyev üçün müsbət dəyişikliklər edə bilməz.
Eyni zamanda bunu da qeyd edək ki, Kiyev hər addımda Moskva tərəfindən üstələnir: Ukraynanın sursat anbarları məhduddur və Rusiyanın hava üstünlüyü Ukrayna müdafiə xətləri üçün ciddi problemlər yaradır.
Nəzrin Salmanova