Select your language

Select your language

Dünya xəbərləri

Ermənistan Baş nazirinin Aparat rəhbəri Arayik Arutyunyan hesab edir ki, bu gün Azərbaycanla sülh sazişinin bütün bəndlərini razılaşdırmaq imkanı var.

Modern.az xəbər verir ki, Arutyunyan bu barədə jurnalistlərə Kazanda keçirilən İlham Əliyev və Nikol Paşinyan görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi bu cür görüşləri dialoq fürsəti kimi müsbət qiymətləndirir.

“Biz qərarlıyıq ki, başlayan proseslər və sülh müqaviləsinin imzalanması yaxın gələcəkdə reallığa çevrilsin”, - deyə Arutyunyan bildirib.

Baş nazirin Aparat rəhbəri qeyd edib ki, o, sülh müqaviləsinin qalan bəndləri üzrə razılığa gəlmək imkanı görür.

Ermənistanın Bakıda keçiriləcək COP29-da iştirakının mümkünlüyünə gəlincə, sülh müqaviləsi çərçivəsində ciddi irəliləyiş də daxil olmaqla, getmək qərarına bir çox şərtlər təsir edə bilər.

Bundan əvvəl baş nazir Nikol Paşinyan bir neçə dəfə Azərbaycana sazişin artıq razılaşdırılmış bəndlərini imzalamağı təklif etsə də, rəsmi Bakı onunla razılaşmayıb.

Qeyd edək ki, tərəflər dəfələrlə sülh sazişi layihənin 80 faiznin razılaşdırıldığını bildiriblər. Razılaşdırılmayan əsas məsələ Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının götürülməməsidir.

Paşinyan-Əliyev görüşü oktyabrın 24-də Kazanda keçirilən 16-cı BRICS sammiti çərçivəsində baş tutub. Görüşdə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov da iştirak ediblər.

COP29 iqlim dəyişikliklərinə dair beynəlxalq konfransı noyabrın 11-22 tarixləri arasında Bakıda keçiriləcək.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il