Ukrayna prezidenti Volodimir Zelenski oktyabrın 17-də Brüsselə gedib. O, qələbə planını Avropa liderlərinə təqdim edəcək.
Crossmedia.az RBC-Ukraynaya istinadən xəbər verir ki, bu barədə Zelenski özünün Telegram kanalında məlumat verib.
Brüsseldə Avropa Şurasının xüsusi iclası keçiriləcək.
"Mən qələbə planını təqdim edəcəyəm - Rusiyanı sülhə məcbur etmək üçün alətimizi bütün Avropa liderləri eşidəcəklər ki, biz bu müharibəni ədalətli şəkildə bitirməliyik".
O, həmçinin Avropa Parlamentində parlamentin rəhbəri Roberta Mezola və siyasi qrupların rəhbərləri ilə görüşdə iştirak edəcək. NATO-nun baş katibi Mark Rutte ilə görüş olacaq. Prezidentin qeyd etdiyi kimi, Ukrayna-NATO Şurasının müdafiə nazirləri səviyyəsində iclası hazırlanır.
Qeyd edək ki, dünən Zelenski Ali Radada qələbə planını təqdim edib
Gültac Mehdizadə