X sosial şəbəkəsi İran rəhbəri Əli Xameneinin ivrit (ibranicə) dilində yeni açdığı X hesabını bağlayıb.
Axar.az xəbər verir ki, bu barədə X şəbəkəsinin yaydığı məlumatda bildirilib.
“Bu addım X qaydalarının pozulması səbəbindən atılıb”, - vurğulanıb.
Qeyd edək ki, Əli Xamenei iki gün əvvəl X şəbəkəsində ivrit dilində açdığı hesabında İsraili bu sözlərlə hədələmişdi:
“Biz İsraili İran xalqının gücünü, qabiliyyətini, təşəbbüsünü və iradəsini anlamağa məcbur edəcəyik”.