Select your language

Select your language

Dünya xəbərləri

Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya hərbi vəziyyətin və ümumi səfərbərliyin 90 gün uzadılması Fərmanını təsdiq etməyi təklif edib.

AZƏRTAC xəbər verir ki, 12151 nömrəli layihədə hərbi vəziyyətin müddətinin 2024-cü il noyabrın 10-dan 2025-ci il fevralın 7-dək uzadılması haqqında dövlət başçısının Fərmanının təsdiq edilməsi təklif edilir.

Eyni zamanda, 12152 saylı layihədə ümumi səfərbərliyin uzadılması haqqında Prezident Sərəncamının təsdiq edilməsi təklif olunur.

Beləliklə, hərbi vəziyyət və ümumi səfərbərlik hərbi əməliyyatların başlanmasından sonra təxminən üç il ərzində davam edəcək.

Xatırladaq ki, Ali Rada V. Zelenskinin hərbi vəziyyət və səfərbərlik haqqında fərmanlarını 2022-ci il fevralın 24-də səhər saatlarında 30 gün müddətinə təsdiq edib. Bundan sonra, müddətlər əvvəlcə bir ay, 2022-ci ilin mayından isə üç ay müddətinə uzadılıb.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il