Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriya və İraqın şimalında terrorçulara qarşı yeni əməliyyat keçirib.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının hərbi, kəşfiyyat, enerji/infrastruktur obyektləri, həmçinin logistika və sursat anbarları kimi təşkilata aid bir çox strateji nöqtələr vurulub.
MİT əməliyyatların davam edəcəyini bildirib.
Qeyd olunub ki, bu, oktyabrın 23-də Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binası yaxınlığında baş vermiş terror aktına cavabdır.