Oktyabrın 19-da səhər saatlarında Sankt-Peterburqda partlayışlar eşidilib.
Axar xəbər verir ki, Rusiya Teleqram kanalları Ukrayna PUA-larının şəhərə hücum etdiyini və HHM sistemlərinin işə düşdüyünü yazıb.
Bildirilib ki, əhali üçün heç bir təhlükə yoxdur.
Şəhər sakinləri bəzi ərazilərdə elektrik enerjisinin kəsilməsi barədə məlumat veriblər.