Select your language

Select your language

Dünya xəbərləri

Yaxın Şərq böhranının həlli yalnız paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasından sonra mümkündür.

"Report"un məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Outreach” / “BRICS+” formatının genişləndirilmiş iclasında deyib.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, böhranın həlli yalnız paytaxtı Şərqi Qüdsdə olan müstəqil Fələstin dövlətinin yaradılması ilə mümkündür. Bu, yeganə tələb deyil. İsraili silah və sursatla təmin etmək regionda böhranı və qeyri-sabitliyi daha da gücləndirəcək. Biz İsrailə silah tədarükünə həm də BMT tərəfindən embarqo qoyulması təşəbbüsünü irəli sürmüşük və BRICS-in dəstəyinə ümid edirik. Bölgədə qan tökülməsini dayandırmaq lazımdır”, - deyə o bildirib.

Türkiyə liderinin sözlərinə görə, qan tökülməsinə və böhranlara son qoyulmadan inkişafı təmin etmək mümkün deyil.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il