Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Ankarada baş verən terror aktı ilə bağlı toplantı keçirəcək.
Bu barədə "CNN Türk" kanalı məlumat yayıb.
Görüşün İstanbul şəhərində keçirilməsi planlaşdırılır.
İclasda Türkiyənin təhlükəsizlik strukturlarının nümayəndələri və digər vəzifəli şəxslər iştirak edəcək.
Qeyd edək ki, ötən gün Ankarada yerləşən TUSAŞ şirkətinə məxsus obyektdə terror aktı törədilib. Hadisə nəticəsində 5 nəfər ölüb, 22 nəfər yaralanıb.