Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ Yaxın Şərqdəki terror təşkilatlarından öz maraqları üçün istifadə edir.
Bu barədə Anadolu agentliyi məlumat yayıb.
“Amerikanın bölgədəki terror təşkilatlarından öz maraqları və İsrailin təhlükəsizliyi üçün istifadə etdiyi indi hamıya məlumdur”, - dövlət başçısı vurğulayıb.
O, həmçinin əlavə edib ki, ABŞ İsrailə avadanlıq, sursat və maliyyə yardımı edir.
Ərdoğanın sözlərinə görə, Türkiyə bu məsələdə güzəştə getməyəcək.