Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Kazanda keçiriləcək BRİCS sammitinə yola düşəcək.
Modern.az-ın xəbərinə görə, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
Bağdasaryan xatırladıb ki, baş nazirin 22-24 oktyabr tarixlərində keçirləcək sammitdə iştirakı artıq bir ay əvvəl təsdiqlənib.
Ölkə liderləri ilə görüşlərin nəzərdə tutulub-tutulmaması sualına baş nazirin sözçüsü cavab verib. “Bu barədə əlavə məlumat veriləcək”.
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Nikol Paşinyan BRİCS sammiti çərçivəsində ünsiyyət qurmaq imkanı əldə edəcəklər.