Select your language

Select your language

Dünya xəbərləri

ABŞ-ın keçmiş prezidenti Donald Tramp əminliklə deyib ki, əgər Ağ Evdə o olsaydı, Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında münaqişənin qarşısını almaq olardı.

Modern.az xəbər verir ki, Tramp Dubayda yerləşən “Əl Ərəbiyyə” telekanalına müsahibəsində belə deyib.

“Əgər mən prezident olsaydım, bu müharibə heç başlamazdı”, - deyə Tramp bildirib.

“Bütün bu ölülər, bütün bu dağıdılmış şəhərlər olmazdı”, - Tramp əlavə edib.

 O, həmçinin Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar və Livanın  şiə “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın İsrail tərəfindən öldürülməsindən sonra münaqişəyə son qoymaq üçün Orta Şərqdə dolayı danışıqları bərpa etmək şansının olduğuna əminliyini ifadə edib.

Trampın fikrincə, o, prezident olsaydı, bu halda Ukraynadakı münaqişədən də qaçmaq olardı.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il