Select your language

Select your language

Dünya xəbərləri

Özbəkistanın Mərkəzi Seçki Komissiyası oktyabrın 27-də keçirilən Ali Məclisin Qanunvericilik Palatası və yerli şuralara seçkilərin ilkin nəticələrini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, səsvermədə 15 milyondan artıq seçici iştirak edib, onlardan 140 mindən çoxu ölkədən kənarda səs verib. Ümumi seçici fəallığı 74,72 faiz təşkil edib.

Özbəkistanın Liberal Demokrat Partiyası parlamentin Qanunvericilik (aşağı) palatasında yerlərin əksəriyyətini - 150 mümkün yerdən 64-nü alır.

Qalan yerlər aşağıdakı kimi bölüşdürülüb:

Özbəkistanın “Milliy Tiklanish” Demokrat Partiyası - 29 mandat

Özbəkistanın “Adolat” Sosial Demokrat Partiyası – 21 yer

Özbəkistan Xalq Demokratik Partiyası - 20 yer

Özbəkistanın Ekoloji Partiyası - 16 yer

Qeyd edək ki, seçkilər ilk dəfə qarışıq - majoritar və proporsional seçki sistemi əsasında keçirilib. Hər sistem üzrə 75 deputat seçilib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il