Select your language

Select your language

Dünya xəbərləri

İsrail Baş naziri Benyamin Netanyahunun şəxsi iqamətgahına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.

Modern.az "Times of Israel" nəşrinə istinadən xəbər verir ki, baş nazirin evi səhər saatlarında Livandan atılan PUA ilə hədəfə alınıb.

Xəbəri əvvəlcə Səudiyyə Ərəbistanının "Əl-Hadath" nəşri yazıb. Daha sonra Netanyahunun ofisi xəbəri təsdiq edib. Qeyd olunub ki, hücum zamanı Netanyahu və həyat yoldaşı Sara evdə olmayıb.

İnsident zamanı xəsarət alan olmadığı bildirilir.

Qeyd edək ki, səhər saatlarında İsrailə Livan ərazisindən hüvum edilib və Tel-Əviv bölgəsində sirenlər işə salınıb.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il