Select your language

Select your language

Dünya xəbərləri

Azərbaycanda qızların təhsilinə dəstək üçün özəl şirkətlərlə əməkdaşlıq olunur.

Report xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Təhsilin İnkişafı Fondunun yaradılması tərəqqiyə atılan addımdır: "Bu, təhsilin inkişafında özəl şirkətlərlə əməkdaşlıq qurmağa imkan verir. Təhsilin inkişafı ilə bağlı özəl şirkətlərlə əməkdaşlıq şəraitində bir sıra layihələr həyata keçirilir. Bunların arasında qızların təhsilinə dəstək ideyaları da var".

Nazir bildirib ki, ölkədə ikinci dəfədir keçirilən Təhsilin İnkişafı Forumu müxtəlif tərəfləri, özəl və dövlət qurumlarını bir araya gətirib.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il