İran xarici işlər naziri Abbas Araqçi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.
Tren bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bildirilib ki, nazirlər İstanbulda "3+3" platforması üzrə XİN rəhbərlərinin iclası çərçivəsində görüşüb, fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Türkiyədə "3+3" regional platforması üzrə XİN rəhbərlərinin iclası başlayıb. İclasda Azərbaycan, Ermənistan, İran və Rusiya xarici işlər nazirləri iştirak edir.