“Biz sülhün tərəfdarıyıq, lakin istənilən ssenariyə də hazırıq".
APA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda Türkiyənin XİN rəhbəri Hakan Fidan ilə birgə mətbuat konfransında bildirib.
"Regionda müharibənin yayılması ciddi təhlükədir. Biz sülhün tərəfdarıyıq, lakin istənilən ssenariyə də hazırıq. İsrail törətdiyi hərbi cinayətlərdə heç bir məhdudiyyət tanımır. Biz Qəzza və Livanda daimi və dərhal atəşkəsin tərəfdarıyıq", - Abbas Əraqçi bildirib.