İranda bu gün (26 oktyabr) yerli vaxtla 09:00-dan uçuşlar bərpa olunacaq.
Trend-in məlumatına görə, bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Cəfər Yazərlu yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, reyslərlə əlaqədar sərnişinlərə hava yolları şirkətləri ilə əlaqə saxlamaq tövsiyə olunur.
Qeyd edək ki, ötən gecə İsrail İranın hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb. Bununla əlaqədar İranın Mülki Aviasiya Təşkilatı ölkədə bütün uçuşların ləğv edildiyini elan edib.