Oktyabrın 25-də axşam saatlarında Gürcüstanda zəlzələ baş verib.
Bu barədə Gürcüstan Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar Tbilisidən 57 kilometr aralıda, Dmanisi şəhərinin yaxınlığında qeydə alınıb.
Yeraltı təkanların gücü 3,5 bal gücündə olub.