Ermənistanın Avropa Birliyinə üzvlüklə bağlı referendumun keçirilməsi üçün imzatoplama kampaniyası başa çatıb.
Axar.az xəbər verir ki, bu barədə “Armenian Eurovote” imzatoplama qərargahı Feysbuk səhifəsində məlumat yayıb.
Məlum olub ki, tələb olunan 50 min imza əvəzinə 60 min imza toplanıb.
Toplanan imzalar Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq.