Select your language

Select your language

Dünya xəbərləri

Ermənistan noyabrda Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP) qədər Azərbaycanla sülh müqaviləsi imzalamağı hədəfləyir.

Crossmedia.az-ın “Financial Times"a istinadən verdiyi məlumata görə, bunu Ermənistan prezidenti Vahaqn Xaçaturyan deyib.

"COP29-dan əvvəl onu imzalamaq yaxşı olardı, amma gəlin özümüzdən qabağa getməyək" dedi.

Ermənistan prezidenti Vahaqn Xaçaturyan bildirib ki, razılaşdırılmalı olan həll olunmamış məsələlər olsa da, “biz müzakirələrin sonuna yaxınlaşırıq” və əlavə edib ki, noyabrda keçiriləcək BMT-nin iqlim konfransına qədər saziş imzalana bilər.

Qəzet xatırladır ki, bundan əvvəl iqlim və inkişaf məsələlərinin müzakirə edildiyi Dayanıqlı İnkişaf üzrə Hamburq Konfransı çərçivəsində Xaçaturyan Ermənistanın qonşuları ilə sülhə getməli olduğunu demişdi.

"Ermənistana arzularla yaşamaq yaxşı nəticələr vermədi. Biz praqmatik və realist olmalıyıq. Biz təkcə Azərbaycanla deyil, bütün qonşularımızla sülh şəraitində yaşamalıyıq", - o deyib.

Keçən ay Azərbaycan ölkələri “COP29 ayı ərzində siyasi çətinliklərin öhdəsindən gəlməyə, birləşməyə və atəşkəsə sadiq olmağa” çağıraraq “COP atəşkəsi”nə səsləyib.

Gültac Mehdizadə

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il