Select your language

Select your language

Dünya xəbərləri

Dünya hazırda müxtəlif mövzularla bağlı çağırışlarla üzləşib.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kazanda keçirilən “XVI BRİCS” sammitinin "BRİCS plus" formatında ilk plenar iclasında çıxış edərkən bildirib.

O qeyd edib ki, bu çağırışların həlli istiqamətində çoxtərəfli əməkdaşlıq vacibdir.

“Çoxtərəfli platformalarda bir araya gələrək, ortaq problemlərimizə həll yolu tapmaq əhəmiyyətlidir. BRİCS daha ədalətli bir dünya düzəninə töhfə verə bilər. Türkiyə olaraq qarşılıqlı hörmət çərçivəsində əlaqələrimiz olan BRİCS ailəsi ilə dialoqumuzu inkifaş etdirmək istəyirik", - deyə o bildirib.

Qeyd edək ki, BRİKS 2006-cı ildə yaradılmış hökumətlərarası təşkilatdır. Rusiya 2024-cü il yanvarın 1-dən BRİKS-ə sədrliyi qəbul edib. Hazırda Rusiya, Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan başqa, Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı da təşkilatın üzvüdür.

Saytın adı: www.crossmedia.az

Domen adının sahibi: "Cross Media" MMC

VÖEN: 1309033521

Baş redaktor:
Göyüşlü Mübariz Müstəqim oğlu

Ünvan: Yasamal rayonu, 523-cü məhəllə, Z.Xəlilov küç, ev 1, mənzil 13A

Tel.: +994103102112

E-mail: info@crossmedia.az

Fəaliyyətə başladığı tarix:
1 noyabr 2024-cü il