“Rusiya dollarla mübarizə aparmır, lakin ona alternativlər axtarmağa məcburdur”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kazanda BRICS sammiti çərçivəsində geniş tərkibdə keçirilən iclasda deyib.
O bildirib ki, dollardan silah kimi istifadə edilməsi bu valyutaya olan inamı sarsıdır:
“Biz dollardan imtina etmirik, onla mübarizə aparmırıq, lakin bizə onunla işləməyə imkan vermirlərsə, nə etməliyik? Bu halda digər alternativlər axtarmağa məcburuq”.