Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden rəsmi Təl-Əvivə xəbərdarlıq edib.
Crossmedia.az bu barədə "Associated Press"-ə istinadla xəbər verir.
Belə ki, Prezidentin administrasiyası İsraili 30 gün ərzində Qəzzaya daxil edilən humanitar yardımın miqdarını artırmağa çağırıb.
Məlumata görə, ABŞ-nin dövlət katibi Antoni Blinken və ölkənin müdafiə katibi Lloyd Ostin israilli həmkarlarına göndərdikləri məktubda bu dəyişikliklərin vacibliyini vurğulayıblar.
Həmçinin, ABŞ-nin dövlət departamentinin sözçüsü Metyu Miller Blinkenin aprel ayında İsrail rəsmilərinə göndərdiyi məktubun humanitar yardımın artırılmasına səbəb olduğunu qeyd edib.
Eyni zamanda Miller hazırda yardımların 50 faizədək azaldığını nəzərə çatdırıb.
Nəzrin Salmanova